G20 Sammiti zamanı Putin-Obama görüşündə məzəli anlar -FOTO- VİDEO

Türkiyənin kurort mərkəzlərindən Antalyada keçirən G20 sammitində bir sıra maraqlı və məzəli anlar yaşanıb.
Maidə.az xəbər verir ki, belə hallardan biri Rusiya və ABŞ prezidentlərinin qeyri-rəsmi müzakirələr apardığı zaman yaşanıb. Belə ki, sammitin keçirildiyi məkanın dəhlizində,   Vladimir Putin və Barak Obama arasında qeyri-rəsmi müzakirələr getdiyi anda bir nəfər xəlvətcə onları dinləməyə cəhd edir. Özünü qəribə aparan şəxsin mühafizə əməkdaşlarından yayınma və eyni zamanda dinləmə cəhdləri kameralardan birinin obyektivinə tuş gəlib.
Görüntülər isə sonradan dünya KİV-də rezonans doğurub. Bəzi media orqanları hadisəni mühafizə xidmətinin nöqsanı kimi də qiymətləndirir. 
Digər bənzər hadisə G20 "ailə" fotosunun çəkildiyi salonda yaşanıb. Çəkilişdən bir qədər öncə G20 liderlərinin dayanacağı səhnədə 2 pişik peyda olub. Bir müddət səhnədə rahat hərəkət edən canlılar media nümayəndələrinin gözündən yayınmayıb. Hazırda dünya mətbuatında bu olay da yer almaqdadır. /
 
 
 

Google+ WhatsApp ok.ru