G7 Zirvəsi etirazların kölgəsində başlayıb

Almaniyanın Krün şəhərindəki Elmau Sarayında keçirilən "G7 Liderlər Sammiti" Almaniya Baş naziri Angela Merkelin ev sahibliyi ilə başlayıb.
 
Maide.az xəbər verir ki, baş nazir Merkel Sarayın önündə qonaq dövlət və hökumət başçılarını bir-bir qarşılayıb.
 
Digər tərəfdən, şəhərdə liderləri qorumaq məqsədilə 25 min polis sıx təhlükəsizlik tədbirləri görüb.  
 
Sənayeləşmiş 7 ölkə - İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Amerika Birləşmiş Ştatları liderlərinin bir araya gəldiyi zirvə üçün Elmau Sarayının ətrafına 16 kilometr uzunluğunda təhlükəsizlik zolağı çəkilib.
 
Sammitin keçirildiyi Elmau Sarayına gedən yolu bağlayan təxminən 50 nəfərə qədər nümayişçi polis tərəfindən saxlanılıb.
 
Əllərində G7 sammitinə qatılan liderlərin fotoşəkillərinin olduğu şarlar daşıyan nümayişçilər, üzərilərində "kasıblığın əleyhinəyik" yazılan valyutalar qaldırıb.
 
Aİ Şurasının sədri Donald Tusk keçirdiyi mətbuat konfransında Rusiyanın zirvəyə çağırmadığını xatırladıb.
 
Toplantının "G8" şəklində aparılmasını arzu etdiklərinə işarə edən Tusk, "Rusiya 90-cı illərdə bu sammitlərə dəvət edilib. Amma bizim birliyimiz yalnız iqtisadi və siyasi maraqları olan bir icma deyil, ilk növbədə dəyərləri olan bir icmadır. Bu səbəbdən də Rusiya bu gün buraya dəvətli olaraq qatılmadı. Rusiya Ukraynaya və digər ölkələrə aqressiv davrandığı müddətdə bu toplantılara dəvət edilməyəcəyik", - deyib.
 
Sammitdə müzakirə olunacaq məsələlərə görə İraq baş naziri Heydər əl-İbadi, Tunis prezidenti Beji Caid Əssəbsi, Nigeriya prezidenti Məhəmməd Buxari, Efiopiya baş naziri Hailemariam Desalegn, Liberiya prezidenti Ellen Conson Sirleaf, Seneqal prezidenti Macky Sall, BMT Baş katibi Pan Gi-Mun, Beynəlxalq Valyuta Fondu (BVF) rəhbəri Kristin Lagar, Dünya Bankının prezidenti Jim Yong Kim də dəvət edilib.

Google+ WhatsApp ok.ru