Gəncədə Tasua yürüşü keçirilib (FOTO)

Gəncə şəhərində Şah Abbas cümə məscidində bu gün qarşıdurma baş vermişdi. Qarşıdurma məscidə toplaşan dindarların Tasua mərasimi ilə bağlı imam Hüseyn məclisi keçiriməsi zamanı olub. Polis qüvvələri məscidə gələrək, camaatdan məscidin həyətini boşaltmalarını və hər kəsin məscidin içinə girmələrini istəyiblər. Bu zaman camaatla polis qüvvələri arasında qısa müddətli münaqişə baş verib. Sakinlər Gəncə şəhərində son zamanlarda dindarlara qarşı təzyiqlərin davam etdiyini bildirirlər.

Qarşıdurmadan sonra bir qrup dindar Gəncə İmamzadəsinə yürüş ediblər.

Google+ WhatsApp ok.ru