Gəncədə qanunsuz tikilən evlər sökülür (VİDEO)

Bu günədək sənədləşdirilməyən evlərdə yaşayan vətəndaşlara da xəbərdarlıq edilib
Gəncənin yeni salınan qəsəbələrində qanunsuz zəbt olunan ərazidə tikilən evlərin sökülməsinə başlanılıb. Buna səbəb, şəhərin baş planına uyğun olaraq infrastruktur layihələrinin icrasıdır. Gəncə şəhər Dövlət torpaq və xəritəçəkmə komitəsinin və memarlıq idarəsinin birgə apardığı araşdırmalar zamanı yeni salınan qəsəbələrdə, şəhərin baş planına və şəhərsalma qaydalarına uyğun olmayan qanunsuz tikililər aşkar edilib. 
 
Qadağan olunan yerlərdə inşa edilən belə evlər həmin ərazilərdə yol və digər infrastruktur layihələrin həyata keçirilməsinə ciddi maneə törədir. Şəhər icra başçısının göstərişinə əsasən Gəncənin Cavadxan qəsəbəsində aşkar olunan bu kimi qanunsuz tikililərin sökülməsinə başlanılıb.
 
Bununla yanaşı, qəsəbədə bu günədək sənədləşdirilməyən evlərdə yaşayan vətəndaşlara da xəbərdarlıq edilib. Bildirilib ki, ən qısa müddət ərzində evlər sənədləşdirməlidir. Bunun üçün adiyyatı qurumlara lazımı şəraitin yaradılması üçün tapşırıq verilib.
 
Evlərin siyahıya alınması üçün ərazidə operativ qeydiyyat məntəqəsi yaradılıb./

Google+ WhatsApp ok.ru