Gəncədə azarkeşlər meydana axışdı, hakimə əl qaldırdılar

I Divizionun 25-ci turunda az öncə başa çatan "Kəpəz" - "Ağsu" (2:3) matçında qalmaqal yaşanıb.
 
ANS PRESS-in məlumatına görə, oyunun son dəqiqəsində, hesab 2:2 olarkən "Kəpəz"in qapısına penalti təyin olunub. "Ağsu"nun heyətində Fərrux Rəhimov hesabı dəyişərək komandasına 3:2 hesabı ilə qələbə qazandırıb.
 
Hakimin bu qərarı nəticəsində gəncəli azarkeş və ehtiyyat skamyasında əyləşən futbolçular meydana axışıb və hakimə fiziki təzyiq göstərib. Stadionda isə cəmi 4 nəfər polis əməkdaşı olub. Vəziyyətin çətinləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına "qaça bilib"./
 

Google+ WhatsApp ok.ru