Gəncə-Naxçıvan istiqamətində aviabiletlər 25,6% bahalanıb

Tarif (qiymət) Şurasının qərarı ilə Gəncə-Naxçıvan istiqamətində aviabiletlər 39 manatdan 49 manata artırılıb.
 
TŞ-nın qərarı 25 dekabr 2015-ci ildə qəbul edilib və növbəti gün qüvvəyə minib. Amma aviabiletlərin 25,6% bahalanmasının səbəbləri barədə heç nə deyilmir, yalnız o qeyd edilir ki, “Azərbaycan Hava Yolları” QSC-nin müraciəti nəzərə alınaraq bu marşrut üzrə tarifin üst həddi 49 manat müəyyən edilib. Əvvəlki tarif 1 yanvar 2008-ci ildən qüvvədə olub.contact/

Google+ WhatsApp ok.ru