Gənc müsəlman qız Trampı debata çağırdı

Ötən il Amerikanın Şimali Karolina şəhərində öldürülən  müsəlman tələbə qızın bacısı Suzan Barakat  prezidentliyə namizəd  Doland Trampı debata çağırıb. 
 
Maide.az xəbər verir ki, D.Trampın  müsəlmanları “donuz qanına bulanmış güllələr”lə edam edilməsi haqqında sonuncu çıxışından sonra S.Barakat Trampı  görüşə və debata çağırıb. 
 
28  yaşlı  Suzan Barakat 2015-ci ildə  Şimali Karolinada  evlərində yoldaşı və uşağı ilə birlikdə silahlı hücumda öldürülən  Deah Barakatın bacısıdır. Deah Barakat  Şimlai Karolina  Universitetinin diş həkimliyi üzrə fakültəinin tələbəsi idi. 
 
Qeyd edək ki, Amerika Müsəlmanları Şurası da D.Trampı  müsəlmanlar və İslama qarşı etdiyi çıxışlarına görə tənqid edib və onu debata çağırıb. /
 

Google+ WhatsApp ok.ru