Gəncə-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifi artırılıb

Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında Gəncə-Naxçıvan aviareysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib.
 
Şuradan "APA-Economics"ə verilən məlumata görə, bu qəraradək tarifin yuxarı həddi 39 manat idi.
 
Tariflər 2016-cı il 6 aprel tarixindən qüvvəyə minəcək. /

Google+ WhatsApp ok.ru