Gəzintinin daha bir mualicəvi xüsusiyyəti tapıldı

Heç kəs üçün sir deyil ki, müntəzəm gəzintilər sağlam həyat tərzinin ayrılmaz  hissəsidir.
 
Bu yaxınlarda ABŞ alimlərinin apardığı uzun araşdırmalardan sonra məlum olub ki,  sən demə, gəzinti ağılın da inkişafı üçün olduqca xeyirli imiş.
 
FaktXəbər-in məlumatına görə, İllinoys ştatında yerləşən universitetin  mütəxəssisləri uzunmüddətli gəzintilərin insanın fikir qabiliyyətini artırdığı qənaətinə gəliblər. 
 
Məsələ burasındadır ki, gəzintilər zamanı beyin daha aktiv işləməyə başlayır, buna görə, insanlar ətrafında olanlara daha ayıq reaksiya verməyə başlayır. /

Google+ WhatsApp ok.ru