Gəndob-Rusiya sərhədi avtomobil yolu yenidən qurulur

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 133-192-ci kilometrlik hissəsinin (Qəndob-Rusiya sərhədi) yenidən qurulması işlərinə star verilib.
 
Bu barədə Maide.Az-a "Azəravtoyol" ASC-dən məlumat verilib. 
I texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 59,5 km, hər istiqamət üzrə 2 olmaqla hərəkət zolaqlarının sayı 4 ( 2 x 2 ), ayrıcı zolağının eni 5 m, örtüyün tipi asfalt-betondur. 
Layihədə 23 ədəd olmaqla 4 ədəd müxtəlif səviyyəli böyük yol ötürücüləri, 4 ədəd müxtəlif səviyyəli kiçik yol ötürücüləri, 15 ədəd körpülərin, beynəlxalq qaz və neft boruları üzərində yük ötürücü 7 ədəd qurğunun, kəndlərarası düzbucaqlı qurğu ilə 27 ədəd yol keçidinin, 313 yerdə müxtəlif diametrlərdə suötürücü borular və digər dəmir-beton qurğuların tikintisi, elektrik, rabitə, su və qaz xətlərinin köçürülməsi nəzərdə tutulub.
 
Hazırda sözügedən avtomobil yolunda torpaq işləri görülür, yol yatağı və yol əsası tikilir, bundan başqa su və yeraltı keçidlərin, körpülərin inşaası aparılır.
 Qeyd edək ki,bu yolda təmir işləri Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. /

Google+ WhatsApp ok.ru