Gələcəkdə elektron dərsliklər kağız dərslikləri əvəz edəcək - EKSPERT

Gələcəkdə elektron dərsliklər kağız dərslikləri əvəz edəcək - EKSPERT

"Necə ki, kağız qəzetlərin sayı durmadan azalır və yerini elektron mediaya verir, eləcə də, gələcəkdə elektron dərsliklər kağız dərslikləri əvəz edəcək"
 
Bu sözlər təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlıya aiddir. O, Maide.Az-a elektron dərsliklərin müsbət və mənfi tərəflərini, ölkəmizdəki hazırkı durumu barədə açıqlama verərkən bu sözləri bildirib.
 
"Elektron dərsliklər inkişaf etmiş bir çox ölkələrdə artıq öz həllini tapıb. Dünyanın bir çox ölkələrində elektron dərsliklərdən istifadə edirlər. Ökəmizdə isə elektron dərslik sistemi hələ istənilən səviyyədə deyil. Düzdü, var, amma bir o qədər yüksək deyil. Mövcud dərsliklər isə şəhərlərdə daha çox istifadə olunur. Rayon və kəndlərdə bu sistem bir o qədər də özünü qabarıq göstərməyib. Məndə bir neçə il bundan öncə olan statistik məlumat var. Elektron dərslik saytdan istifadə edənlərin ümumi sayı 11374 nəfər, o cümlədən Bakı şəhəri üzrə 4163 nəfər, Sumqayıt şəhəri üzrə 1050 nəfər, Gəncə şəhəri üzrə 421 nəfər olub. Burada da aydın görsənir ki, ən çox şəhərlərdə dərsliklər istifadə olunur."-deyə ekspert bildirib.
 
M.Zülfüqarlı bildirib ki, elektron dərsliyin kağız dərslikdən üstün cəhətləri var:
 
" Hazırda bildiyimiz kimi çap olunmuş dərsliklərimizdə bir çox nöqsanlar, səhflər mövcuddur. Bu barədə çox danışmışıq, demişik, lakin heç bir müsbət dəyişiklikyoxdur. Lakin elektron dərslikdə bunu tez bir zamanda düzəltmək mövcud olacaq. Bu və digər üstünlüklərinə görə elektron dərsliklər ölkədə tez bir zamanda tətbiq olunmalıdır." /

Google+ WhatsApp ok.ru