Gənc fəal Nicat Nizamova10 sutka həbs verildi

Gənc fəal Nicat Nizamova10 sutka həbs verildi

Yanvarın 9-da AXCP fəalı Nicat Nizamov saxlanaraq Suraxanı rayon 30-cu polis bölməsinə aparılıb.
 
O, bu gün səhər Suraxanı rayon məhkəməsinə göndərilib. Suraxanı rayon məhkəməsi Nicat Nizamov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsini əsas tutaraq 10 sutka inzibati həbs cəzası verib.
 
Meydan.tv xəbər verir ki, bu barədə məlumatı AXCP sədrinin müavini Gözəl Bayramlı yayıb. Gözəl Bayramlı gənc fəalın saxlanma səbəbinin "Nardaran işi" üzrə məhkəmə prosesi haqda yazılar dərc etməsi, hakimiyyəti tənqid etməsi olduğunu deyir.
 

 

Google+ WhatsApp ok.ru