Gəncənin qaz təchizatında problem yaranıb 26 Yanvar 2017 02:00 Ölkə Bu gün Gəncə şəhərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyət yaranıb. "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, təbii qazın verilişində məhdudiyyət iri diametrli qaz kəmərində baş vermiş sızmanın aradan qaldırılması ilə əlaqədardır. Onun sözlərinə görə, aşkar olunmuş qaz sızmasının qarşısının alınması üçün təmir işləri aparılır. Qaz təchizatı axşam saat 18:00 radələrində bərpa olunacaq. (apa) / Teqlər : #Gəncənin qaz təchizatında problem yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda sabahdan məktəblilərin qış tətili başlayır Azərbaycanda qeydə alınan intihar hallarının sayı açıqlanıb