Gəncədə avtomobil aşıb, ölən və yaralanan var

Gəncədə avtomobil aşıb, ölən və yaralanan var

Gəncədə "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Xəsarət alanlar var.
 
Hadisə şəhərin Nizami Gəncəvi Prospektində, köhnə Şəmkir avtovağzalın yaxınlığında baş verib. Beləki yüksək sürrətlə hərəkətdə olan "VAZ -21099" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı səkiyə çırpılıb daha sonra isə aşıb. 
 
Qəza nəticədində sürücü və sərnişini müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır. (report) /

Google+ WhatsApp ok.ru