Gəncə qazsız qalıb - `Bizə boş hava satırlar`

Gəncə qazsız qalıb - `Bizə boş hava satırlar`

Bir neçə gündür ki, Gəncə şəhərinin təbii qazla təminatında problemlər yaşanır.
 
Bu barədə Missiya.Az-a şəhər sakinləri xəbər verib.
 
Sakinlər bildirib ki, bu hal dəfələrlə təkrar olunduğundan aidiyyəti qurumlara müraciət edib. Lakin bu günə qədər məsələnin həlli tapılmayıb: “Bütün şəhər üzrə qaz kəsilib. bunun əvəzində bizə boş hava ötürürlər. Sayğaclar isə dayanmada hesablayır. Havalar soyuq keçir. Məişət işlərimizdə qaz mühüm rol oynayır. Bununla yanaşı, ərazidə yerləşən təhsil ocaqlarının da soyuq olması şagirdlərin məktəbə davamiyyətində bir sıra problemlər yaradır. Əlaqədar orqanlara müraciət etsək də köməyimizə çatan yoxdur”, - deyə narazı sakinlərdən biri bildirib.
 
Əldə etdiyimiz məlumata görə, bir neçə gün öncə Gəncə Qaz İstismar İdarəsinidə yoxlamalar aparılıb və nəticədə ciddi çatışmazlıqlar aşkar edilib. Ehtimallara görə, hazırda şəhərə təbii qaz əvəzinə boş havanın buraxılması həmin çatışmazlığı ört-basdır etmək məqsədi daşıyır. (musavat) /

Google+ WhatsApp ok.ru