Gələn həftə müəllim olmaq istəyən 47 min nəfər imtahan olunacaq

Gələn həftə müəllim olmaq istəyən 47 min nəfər imtahan olunacaq

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin keçirilməsinə gələn həftədən başlanılacaq.
 
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-a açıqlamasında deyib.
 
Nazirlik rəsmisi test imtahanlarının Azərbaycan Texniki Universitetinin (ATU) idman zalında mərhələli şəkildə keçiriləcəyini bildirib.
 
C.Valehov qeyd edib ki, vakansiyalar bu həftə elan ediləcək.
 
"Bundan sonra isə test imtahan mərhələsinin keçirilməsinə başlanılacaq. Bu il minlərlə vakansiyanın təqdim olunması gözlənilir. Vakansiyaların da sayı artmaqdadır. Bütün regionlarda, bütün ixtisas fənləri üzrə - istər Azərbaycan dili-ədəbiyyat, kimya, istər riyaziyyat, fizika və digər bütün fənlər üzrə vakansiyalar təqdim olunacaq”.
 
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı başa çatıb. İyulun 1-dən 14-dək davam edən proses zamanı 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizəsini təsdiq edib. /

Google+ WhatsApp ok.ru