Gələn ay Suriya konstitusiyasiyla bağlı danışıqlar ola bilər

Gələn ay Suriya konstitusiyasiyla bağlı danışıqlar ola bilər

-- Bu məsələ hələ müzakirə olunmaqdadır

Moskva gələn ay Suriya konstitusiyasına islahatlar üzrə danışıqlara ev sahibliyi edə bilər. Bunu Rusiyanın Suriya üzrə elçisi deyir.
 
Maide.Az "azadliq.org"a istinadən bildirir ki, “Bu məsələ hələ müzakirə olunmaqdadır”, – Aleksandr Lavrentyev oktyabrın 30-da Qazaxıstan paytaxtı Astanada Suriya sülh danışıqlarının birinci günündən sonra jurnalistlərə bildirib.
 
Rusiya Suriyada altı ildir davam edən terrorçularla mübarizədə prezident Bashar al-Assadı dəstəkləyir. Lavrentyev-in sözlərinə görə, Assad digər suriyalılarla danışıqlarda iştirak etmək istəyər. Elçi deyir ki, danışıqlara həm hökumətpərəst, həm də ona qarşı çıxan qruplar qatılacaq. O, Assad-ın konstitusiya islahatı prosesini qəbul etməsini “çox vacib açıqlama” adlandırıb.
 
Lavrentyev-in deməsinə görə, BMT-nin Suriya üzrə elçisi Steffan de Mistura da Milli Dialoq Konqresi keçirmək ideyasını “prinsipcə” dəstəkləyib.
 
De Mistura-nın ofisi məsələni şərh etməyib.
 
Rusiya prezidenti Vladimir Putin də bu ayın əvvəlində belə bir toplantının mümkünlüyündən danışmışdı. Lavrentyev danışıqların Rusiyanın Suriyadakı Hmeimim hərbi bazasında keçirilə biləcəyini də istisna etməyib.

Google+ WhatsApp ok.ru