Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək

Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək

Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək.
 
Bunu İranın Gilan vilayətinin valisi Mustafa Salari deyib.
 
Onun sözlərinə görə, Rəşt-Qəzvin dəmiryolu gələn həftə İranın Proqram və Büdcə Təşkilatının sədri, Yol və Şəhərsalma Nazirliyinin rəsmilərinin iştirakı ilə ilkin şəkildə istifadəyə veriləcək. 2 ay sonra isə İran Prezidentinin iştirakı ilə rəsmi açılış mərasimi olacaq.
 
Salari əlavə edib ki, Rəşt-Qəzvin dəmiryolunun istifadəyə verilməsi ilə turistlərin sayı artacaq./Trend /
 

Google+ WhatsApp ok.ru