Gənclərin 85 faizi xəstəlikdən əziyyət çəkir

Gənclərin 85 faizi xəstəlikdən əziyyət çəkir

Azərbaycan Tibb Universitetində yeniyetməlik dövründə üzdə yaranan sızanaqlar (Akne xəstəliyi) haqda seminar keçirilib.
 
Maide.Az "Sputnik"a  istinadla xəbər verir ki, ATU-dan daxil olan xəbərə görə universitetin dermotovenerologiya kafedrasının dosenti Elşad Novruzov tələbələrə bu haqda geniş məlumat verib: "Akne xəstəliyi irsi xarakter daşıyır. Dərinin normadan artıq yağlanması və hormonlarla bağlı olan bu xəstəlikdən daha çox gənclər əziyyət çəkir. 12-25 yaş arası gənclərin demək olar 85 faizində belə sızanaqlara rast gəlmək mümkündür".
 
E.Novruzov akne xəstəliyinin mahiyyəti, profilaktikası, müalicə metodları haqqında da danışıb. Sonda akne ilə üzləşən gənclərə vaxtında həkim – dermatoloqa müraciət etmələri tövsiyə olunub. 

Google+ WhatsApp ok.ru