Gəncədə partlayışda ölən və xəsarət alan şəxslərin adları açıqlandı (YENİLƏNİB)

Gəncədə partlayışda ölən və xəsarət alan şəxslərin adları açıqlandı (YENİLƏNİB)

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.
 
Maide.Az xəbər verir ki, bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
 
Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər. Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.
 
Əlavə məlumat veriləcək.
***
Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayışda ölən və yaralananlar var.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib:
 
“Bu saatadək bir nəfərin meyiti dağıntılar arasından çıxarılıb. Daha bir nəfər yaralı halda Gəncə Hərbi Hospitalına yerləşdirilib. Yaralı anlaqlı vəziyyətdə olub, özünü yaxşı hiss etdiyini deyib”.
 
S.Əhmədova hazırda ərazidə xilasetmə işlərinin davam etdirildiyini qeyd edib.
 

Google+ WhatsApp ok.ru