Gəncədə partlayış: üç ölü, bir yaralı

Gəncədə partlayış: üç ölü, bir yaralı

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov BBC News Azərbaycancaya bildirilib ki, hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.
 
Gəncə şəhər icra başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov BBC News Azərbaycancaya bildirib ki, binada ümumilikdə 36 mənzil olub. Partlayış olan blokdakı 12 mənzillərdən 4-ü uçub.
 
"Digər 8 mənzilə isə FHN tərəfindən ilkin baxış keçirildikdən sonra onların da qəzalı olduğu bildirilib. Mənzillərdəki ailələr təxliyə olunub".
 
Onun sözlərinə görə, bina qəzalı vəziyyətdə olmayıb və yaşayışa yararlı olub.
 
Fövqəladə Hallar Nazirliyi bildirib ki, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur.
 
Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
 

Google+ WhatsApp ok.ru