Gəncədə avtomobil vuran tələbələrin kimliyi məlum olub

Gəncədə avtomobil vuran tələbələrin kimliyi məlum olub

Gəncə şəhərində avtomobillə vurulan piyadaların kimliyi məlum olub.
 
Maide.Az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, bunlar Tərtər rayon sakinləri - 1993-cü il təvəllüdlü Mehdiyev Mehdi Rövşən oğlu və 1993-cü il təvəllüdlü Tufanlı Həsən Zaur oğludur.
 
Hər iki piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.
 
M.Mehdiyev Gəncədəki universitetlərdən birinin 3-cü kursunda, H.Tufanlı isə 2-ci kursunda oxuyur. 
 
Qeyd edək ki, hadisə dekabrın 21-də axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. Tələbələri "Seat Toledo" markalı avtomobil vurub. 
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru