Gəlirlər artmamış gələn bahalıq

Gəlirlər artmamış gələn bahalıq

"Strateq.az"da  "Maaş, pensiya artmamış qiymətlər niyə bahalaşır? -Ekspert bazarda baş verən dəyişikliklərin səbəbini açıqlayır" sərlövhəli məqalə oxumaq olar diqqət çəkir.
 
Müəllif iqtisadçı-ekspert Rövşən Ağayevlə son günlərdə ölkə bazarlarında qəfil bahalaşma barədə söhbət edir.
 
Ekspert deyir ki, maaş, pensiya və təqaüd artımından dolayı, dövriyyəyə daxil olacaq izafi pul kütləsinin təsirindən insanlarda inflyasiya gözləntisi var.
 
Əmtəə bazarlarında sağlam rəqabətin, mal təklifi kanallarının tam açıq olduğu, monopol təsirlərin olmadığı, gömrükdə qiymətyüksəldici addımların baş vermədiyini deyən iqtisadçı hesab edir ki, belə şəraitdə pul kütləsinin 3-5%-lik artımı ciddi inflyasiya təzyiqi yaratmamalıdır.
 
Amma son günlərdə baş verən bahalaşmadan irəli gələrək R.Ağayev vurğulayır ki, yuxarıda sadaladığının əksinə, görünür neqativ faktorlar ya hamısı birlikdə, ya da ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatında mövcuddur.
 
Ekspertə görə, əgər proseslər qaydasında olsa idi, iqtisadi fəallığın son dərəcə aşağı olduğu iqtisadiyatın inflyasiyaya həssaslığı da çox aşağı olmalı idi: "Amma indi nə baş verir? Maaş-pensiya artımı nəticəsində pul kütləsinin fiziki artımı hələ baş verməyib, amma cəmi 1 həftə öncə 16.5 manata olan 5 kq.-lıq yuyucu toz artıq vitrinlərdə 18.5 manat, 0.89 manatlıq sabunlar 0.92 manata peyda olub. Diqqətimi çəkənlər bunlar oldu - yəqin başqa artımlar da var..."ekspert qiyməti artan malları göstərib.
 
R.Ağayev qeyd edib ki, əgər qiymətlər artacaqsa, hökumət büdcədən maaş-pensiya-təqaüd artımına yönəltidiyi vəsaitləri əhalidən dolayı vergilər formasında geri alacaqsa, əhalinin real gəlirləri və sosial müdafiəsi klassik əməkhaqqı-qiymət spiralının təkərləri altında qalacaq.
 

Google+ WhatsApp ok.ru