Gələn il İmam Hüseynin (ə) hərəminə yeni günbəz quraşdırılacaq

Gələn il İmam Hüseynin (ə) hərəminə yeni günbəz quraşdırılacaq

İranın Kirman əaylətində İmam Hüseynin hərəminin yeni günbəzi hazırlanır.  
 
Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki,  hazırda günbəzin hazırlanma prosesi 90  faiz başa çatıb. 
 
Kərbəla şəhərində günbəzin quraşdırılması üçün infrastruktur hazırlanıb və günbəz tam hazır olduqdan sonra Kərbəlaya daşınacaq.   
 
Məlumata görə, İmam Hüseynin (ə) hərəminin yeni günbəzinin tikinti əməliyyatı cari ilin sonuna kimi başa çatacaq. 
 
Yeni günbəzin gələn ilin mart ayından sonra Kərbəlada quraşdırılacağı bildirilir. 
 

Google+ WhatsApp ok.ru