Gəmidə yaralananların 7-si reanimasiyaya yerləşdirilib - RƏSMİ

Gəmidə yaralananların 7-si reanimasiyaya yerləşdirilib - RƏSMİ

3-nün vəziyyəti kritikdir

"İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralanan 14 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib”.
 
Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi  məlumata görə, yaralılardan 7 nəfəri reanimasiyadadır:
 
“Digər 7 nəfər isə stasionar nəzarətdə saxlanılır.  II və III dərəcəli yanıq xəsarətləri alanların bədən nahiyyəsinin 40 faizi yanıb. Reanimasiyaya yerləşdirilən 7 nəfərdən 3-nün vəziyyəti kritikdir”.
 

Google+ WhatsApp ok.ru