Gəncədə baş prokurorun vətəndaşları qəbulunun təşkili ilə bağlı narazılıq

Gəncədə baş prokurorun vətəndaşları qəbulunun təşkili ilə bağlı narazılıq

Bu gün 200-ə yaxın insan gəncədə Azərbaycanın baş prokuroru Zakir Qaralovun qəbuluna düşməyə çalışıb. Amma görüşün keçirildiyi Gəncə Şəhər Prokurorluğunun binasına cəmi 25 sakin daxil ola bilib.
 
Gəncə sakinlərinin məlumatına görə, şəhər prokurorluğunun binası polis tərəfindən 200 metrədək dövrəyə alınıb və Qaralovun qəbuluna düşmək istəyənləri buraxmayıblar.
 
Polis vətəndaşları sıxışdıraraq, prokurorluqdan uzaqlaşdırıb.
 
Şikayətçilər arasında 2018-ci ilin iyulunda Gəncə hadisələri zamanı həbs edilən və sonradan işgəncələrə məruz qalan şəxslərin ailə üzvləri də var idi.
 
Bu insanların yaxınları dəfələrlə KİV-ə istintaqın qeyri-obyektiv aparıldığını, əsasən dindar şəxslər olan həbs edilənlərə işgəncə verildiyini bildiriblər. /contact.az /

Google+ WhatsApp ok.ru