Gəncədə fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Gəncədə fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Gəncə şəhərində 30 yaşlı fəhlə hündürlükdən yıxılıb. 
 
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə Çini Qablar Zavodunda dam örtüyündə təmir işləri aparan 1989-cu il təvəllüdlü Nicad Əsədov hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. 
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru