Gəncə və Şəmkirdə güclü külək bir sıra fəsadlar törədib

Gəncə və Şəmkirdə güclü külək bir sıra fəsadlar törədib

Gəncə və Şəmkirdə  yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.
 
Məlumata görə, Gəncədə hadisə nəticəsində Cavad Rəfibəyli küçəsində iri gövdəli çinar ağacı evin dam örtüyünün üzərinə aşıb.
 
Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib, digər küçə və prospektlərdə aşan ağaclar hərəkətə maneə yaradıb. Şəhərin bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 
 
Elektrik enerjisinin bərpası istiqamətində iş aparılır.
 
Şəmkir rayonunun Qaracəmilli kəndində də əsən güclü külək qaz təsərrüfatına ziyan vurub.
 
Külək dam örtüyünü diametri 57 mm olan qaz xəttinin üstünə aşırıb. Bu səbəbdən 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb./
 
 
 
 

Google+ WhatsApp ok.ru