Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir - FHN 17 Oktyabr 2020 07:48 Qarabağ xəbərləri Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. "Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 12 nəfərin meyiti çıxarılıb. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək. Teqlər : #Gəncədə,#axtarışxilasetmə,#əməliyyatı,#davam,#edir,#FHN, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncədə erməni terroru nəticəsində ölənlərin sayı 14-ə çatdı - YENİLƏNİB 2 - FOTO/VİDEO Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni