Gələn həftə Tehranda Azərbaycan-İran birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək

Gələn həftə Tehranda Azərbaycan-İran birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bu ilin 18-19 yanvar tarixlərində Tehranda Azərbaycan-İran birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
 
"APA-Economics"ə verilən məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.
 
Səfir iclasın ölkələr arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
 
Musəvi Təbriz Ticarət və Sənaye Palatasının ASK ilə birgə video-konfrans keçirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb. O, Azərbaycanla həmsərhəd bölgələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqələrin qurulması üçün geniş imkanlar olduğunu və eyni zamanda, ixtisaslaşmış sərgilərin keçirilməsinə hazırlaşdıqlarını bəyan edib. Səfir həmçinin, İran məhsullarının həm quru, həm dəmiryolu, həm də dəniz vasitəsilə daşınması üçün müştərək şirkətlərin yaradılmasını təklif edib.

Google+ WhatsApp ok.ru