`Gatestone` institutu: `2005-2014-cü illər ərzində Fransada 800 yeni məscid tikilib`

`Gatestone` institutu: `2005-2014-cü illər ərzində Fransada 800 yeni məscid tikilib`

Fransanın "Gatestone" institutunun yayımladığı hesabata əsasən, son 30 ildə Fransada tikilən məscidlərin sayı ötən 100 il ərzində tikilən kilsələrlə müqayisədə daha çoxdur.        
               
Maide.İnfo xəbər verir ki, institutun hesabatına əsasən, 2005-2014-cü illər ərxində Fransada 800 yeni məscid tikilib.
                       
Hesabatda bildirilir ki, hər il təqribən 10-20 katolik kilsə ya satılır, ya da başqa məqsədlər üçün istifadə olunur.
                       
Həmçinin, hesabatda bildirilir ki, xristianların kilsələrdə iştirakı 12 faizə qədər azalıb.
                       
Qeyd edək ki, ötən il oxşar hesabat Britaniyada da yayımlanmışdı. Və orada məscidlərin sayının artdığı, son illər ərzində 500 kilsə ya sökülmüş və ya kafe və restoran kimi istifadə edilmişdir. Britaniyalı müsəlmanlar tərəfindən son illər ərzində 423 məscidin tikildiyi qeyd olunmuşdur.                        
 
Xatırladaq ki, Fransa Avropa İttifaqına üzv ölkələr arasında digər üzv ölkələrlə müqayisədə müsəlmanların sayına görə birinci yerdədir. Fransanın əhalisinin 8.3 % -ni müsəlmanlar təşkil edir. /

Google+ WhatsApp ok.ru