Güclü külək, leysan, dolu...- Sabahın havası

İyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi əsəcək.      
Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz  26-31 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var, gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.     
 
Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru