Güclü külək Goranboyun 15-dən çox kəndini işıqsız qoyub

Güclü külək Goranboyun 15-dən çox kəndini işıqsız qoyub

Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib
 
Güclü külək Goranboy rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurub.
 
Saat 19 radələrində başlayan külək nəticəsində Goranboyun mərkəzinin bir hissəsi, habelə rayonun 15-dən artıq kəndi işıqsız qalıb.
 
Güclü külək zamanı bəzi ərazilərdə elektrik naqillərinin qırılaraq bir-birinə toxunması nəticəsində bir neçə transformator sıradan çıxıb. Rayonun ən böyük kəndləri olan Qızılhacılı, Balakürd, Boluşlu, Zeynallıda elektrik enerjisinin verilişində fasilələr yaranıb.
 
Goranboy Elektrik Şəbəkəsindən verilən məlumata görə, külək davam etdiyindən elektrik enerjisinin bərpası prosesi çətinləşib. Bu səbəbdən kəndlərdə enerjinin verilişində yaranmış problem bugün səhər saatlarında həllini tapacaq.
 
Qeyd edək ki, martın 20-dən 21-ə keçən gecə güclü külək rayonun 20-ə yaxın kəndini işıqsız qoymuşdu. /

Google+ WhatsApp ok.ru