Güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib

Güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib

Qərb bölgəsində güclü külək əsib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün saat 17 radələrindən əsməyə başlayan güclü külək bır sıra fəsadlar yaradıb. Gəncədə külək bəzi ərazilərdə iri gövdəli ağacların budaqlarını qırıb.
 
Aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçiriblər.
 
Samux və Şəmkir rayonlarında da külək iri gövdəli ağacları qoparıb. Həmçinin elektrik və rabitə xətləri qırılaraq yararsız hala düşüb. Şəmkirdə bir yaşayış binasının dam örtüyü də yararsız hala düşüb.
 
Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
 

Google+ WhatsApp ok.ru