Güclü külək 80-ə yaxın ağacı sındırıb

Güclü külək 80-ə yaxın ağacı sındırıb

Noyabrın 29-u axşamdan Bakıda və Abşeronda başlayan güclü külək gecə ərzində 80-dək ağacı sındırıb.
 
Bakı Şəhər Yaşıllaşdırma İdarsindən verilən məlumata görə, ağacların çoxu kökündən qopub. Nəticədə restoranlardan birinin dam örtüyünə və avtomobilə ziyan dəyib.
 
Hazırda təbii fəlakətin nəticələri aradan qaldırılır, qırılan ağaclar götürülür.
 
Ağac sınması halları ön çox Yasamal, Nəsimi və Xətai rayonlarında qeydə alınıb.
 
Xatırladaq ki, güclü külək noyabrın 30-da davam edəcək./contact.az /

Google+ WhatsApp ok.ru