Güclü küləklə əlaqədar yüzlərlə neftçi dənizdən təxliyə edilib

Güclü küləklə əlaqədar yüzlərlə neftçi dənizdən təxliyə edilib

Sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.
 
Maide.Az bildirir ki, SOCAR-dan verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatı vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb.
 
"Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-də səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir", - deyə SOCAR-ın məlumatılna bildirilir.
 
Qeyd edək ki, ölkədə küləkli hava hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi küləkli havanın iki gün davam edəcəyi, küləyin sürətinin 35 m/s-yə qədər artacağı barədə xəbərdarlıq edib.
 

Google+ WhatsApp ok.ru