Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. 

 
Maide.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 
 
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s-dək güclənəcək.
 
Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.