Güclü külək Bakıda 20 ağacı yıxıb

Güclü külək Bakıda 20 ağacı yıxıb

Mayın 23-24-də Bakıda əsən güclü külək 20-dən çox ağacı kökündən qopararaq yıxıb. Bu barədə Bakı Yaşllaşdrıma və Bitkilərin mühafizəsi  İdarəsinin rəhbəri Orxan Məmmədov bildirib.

Külək nəticəsində daha 40 ağac əyilərək qəza vəziyyəti yaraıb. "Bu ağacların əyilməsi, iri budaqlarının sınması kimi hallar var", deyə Məmmədov bildirib.


Güclü külək paytaxtın bütün rayonlarında fəsadlar törətsə də, Xətai, Nəsimi və Yasamal rayonlarına daha çox ziyan dəyib. Ağacların yıxılması nəticəsində 3-4 avtomobilə ziyan dəyib.
Eyni zamanda, xəsarət alanlar barədə məlumat daxil olmayıb.


Ekologiya Nazirliyinin məlumatına görə, demək olar ki, bütün ölkə ərazisində güclü külək əsib. Bəzi yerlərdə külək evlərin dam örtüklərini uçurub, damları yıxıb.
Bakıda və Abşeronda küləyin gücü 35-40 m/san-yə çatıb. 

Google+ WhatsApp ok.ru