Güclü qar səbəbindən Lerikdə dağ kəndlərinə gedən yollar bağlanıb 14 Fevral 2017 02:00 Ölkə Güclü qar Lerikdə fəsadlara yol açıb. Rayon ərazisində qarın qalınlığı 50 sm, dağlıq ərazilərdə isə 70 sm olub. Bu səbəbdən ucqar dağ kəndlərinə gedən yollar bağlanıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, həmin ərazilərə ağır texnikalar cəlb olunub. Qısa müddətdə yolların açılması üçün tədbirlər görülür: “Hazırda Lənkəran-Lerik yolu açıqdır. Həmin ərazilərə təbii qaz, elektrik enerjisi verilməsində problem yaranmayıb, təsərrüfata ziyan dəyməyib”. Qeyd edək ki, yağıntılı hava şəraiti davam edir. (apa) / Teqlər : #Güclü qar səbəbindən Lerikdə dağ kəndlərinə gedən yollar bağlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu rayonunun bir hissəsinin qaz təchizatı məhdudlaşdırılır Azərbaycan və İranın debit kartlarlarının birləşdirilməsi təklif olunur