Güclü qar səbəbindən Britaniyanın bir hissəsi elektrik enerjisiz qalıb

Güclü qar səbəbindən Britaniyanın bir hissəsi elektrik enerjisiz qalıb

-- həmçinin bəzi yollarda uzunmüddətli tıxaclara səbəb olub

Güclü qar səbəbi ilə İngiltərənin bir hissəsində elektrik enerjisi tamamilə kəsilib.
 
Maide.Az xəbər verir ki,  güclü qar, həmçinin bəzi yollarda uzunmüddətli tıxaclara səbəb olub. Bundan başqa, “Stansted” aeroportu bir müddət fəaliyyətini dayandırıb.
 
Sinoptiklər əhaliyə Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin şimal-şərqində güclü soyuq və qar olacağı barədə xəbərdarlıq ediblər.(azərtac)

Google+ WhatsApp ok.ru