Güclü yağış Şamaxı və Qobustanda fəsadlara səbəb olub - FOTO

Güclü yağış Şamaxı və Qobustanda fəsadlara səbəb olub - FOTO

Əhaliyə dəyən ziyan müəyyənləşdirilir
 
Güclü yağış səbəbindən Qobustanın bir kəndini su basıb, evlərə və təsərrüfatlara ziyan dəyib.
 
Ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb. 
 
Belə ki, sel suları Şamaxı və Qubustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qubustan rayonunun Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşları tələf olub.
 
Hazırda aidiyyatı qurumları əraziyə baxış keçirir, əhaliyə dəyən ziyan müəyyənləşdilir. (report) /
 
 
 

Google+ WhatsApp ok.ru