Güclü yağan qar və yolların buz bağlaması nəticəsində 9 nəfər yıxılaraq travma alıb

Güclü yağan qar və yolların buz bağlaması nəticəsində 9 nəfər yıxılaraq travma alıb

Onlardan 6-sı xəstəxanaya yerləşdirilib
 
"Son iki gündə Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq əzilən və travma alan 9 nəfər təcili tibbi yardıma müraciət edib".
 
Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
 
Onun sözlərinə görə, həmin şəxslərdən 6-sı xəstəxanaya yerləşdirilib. /

Google+ WhatsApp ok.ru