Güclü yağışlar İndoneziyada daşqına səbəb olub

Güclü yağışlar İndoneziyada daşqına səbəb olub

-- 5 minə yaxın insan daşqınlardan əziyyət çəkir

İndoneziyada daşqın nəticəsində  2 nəfər ölüb. 
 
Maide.Az "islam.ru" -a istinadən xəbər verir ki, bir neçə gündür davam edən güclü yağışlar səbəbiylə, Cakarta'dan keçən Çiliwong çayda daşqın baş verib. 
 
İndoneziyanın paytaxtı  Cakartada  ciddi təhlükə barədə xəbərdarlıq edilib. Daşqın  bir sıra problemlər yaradıb. Yağış suları evlərin zirzəmisinə dolub, əkin sahələrini yuyub
 
Şəhər ətrafında  küçələri su basıb.  2 nəfər ölüb, bir neçə nəfər itgin düşüb. 
 
Yerli hakimiyyət orqanları insanları su basan ərazilərdən evakuasiya  edir. 
 
İndoneziya paytaxtı və qonşu ərazilərdə 5 minə yaxın insan daşqından əziyyət çəkir. 
 

Google+ WhatsApp ok.ru