GECƏ NAMAZININ DÜNYA VƏ AXİRƏTDƏ FƏZILƏTLƏR VƏ BƏRƏKƏTİ

GECƏ NAMAZININ DÜNYA VƏ AXİRƏTDƏ FƏZILƏTLƏR VƏ BƏRƏKƏTİ

Gecə namazı insanın Allaha olan eşq və məhəbbətin nişanəsidir. Bu əlaqə insanı yuxudan ayirir və gecə yarısı öz Məhbubu ilə razı-niyaza məşğul edir. Əgər o eşq olmasa, insan şövq ilə təklikdə və qaranlıqda istirahətdən əl üzüb arifanə xəlvətdə öz Məşuqu ilə danışmağa başlaya nilməz.

Bir hədisi-qüdisdə Allahın buyurduğunu oxuyuruq:

كَذِبَ مَنْ زَعَمَ أَنَّهُ يُحِبُّنِي فَإِذَا جَنَّهُ اللَّيْلُ نَامَ عَنِّي أَلَيْسَ كُلُّ مُحِبٍّ يُحِبُّ خَلْوَةَ حَبِيبِهِ

«Məni sevdiyini iddia edən, amma gecə vaxtı gəlib yetişəndə yatan şəxs öz iddaisında yalançıdır. Hər aşıq öz məşuqu ilə xəlvətdə qalmağı sevirmi?!»[1]

Gecə namazı bir müvəffəqiyyət istəyir ki, onu da gərək Allahdan tələb edəsən. İnsan gecə namazı və gecə ibadətlərini davamiyyətli şəkildə yerinə yetirməklə Allaha yaxınlaşaraq, nəfsi saflaşdıraraq kamil məqamlarından birinə yetişər ki, öz göz, qulaq və əlinə sahib olar. (Haqqdan başqa bir şey görməz, haqqdan başqa bir şey eşitməz və haqqdan başqa bir əməl etməz). O yerə yetişər ki, etdiyi hər bir dua müstəcəb olar.[2]

Buna görə də gecı namazı haqqında olan ayə, rəvayət və hekayətlərdə bir toplu toplayıb maraqlananlara təqdim edirik.



[1] Pərtuye əz əsrarə namz, s. 205

[2] Səvabul əmal, s. 88

 

Google+ WhatsApp