Gecələr 8 saatdan az yatsanız, nə olar?

Sizdə gecələr çətinliklə yuxuya gedirsiniz? Yuxu vaxtınız qısadır və hər gecə 8 saatdan az yatırsınız? Bu suallara cavabını müsbətdirsə, yaxşı olar ki sağlamlığınıza fikir verəsiniz, çünki uzunmüddətli yuxusuzluq insan sağlamlığı üzərində zərərli təsirlər buraxır.

Maide.az- ın məlumatına görə, bir neçə ildir ki tədqiqatçılar yuxu anlayışına daha da maraq göstərməyə başlamış və belə bir nəticəyə gəliblər ki, yuxu keyfiyyəti və bədən sağlamlığı arasında sıx əlaqə var, çünki yuxu bədənin bərpasını təmin edir.

Yuxusuzluğun özünü çox tez biruzə verən fiziki təsirləri ilə yanaşı, yuxu çatışmamazlığı psixoloji təsirə də malikdir ki insan həyatına təsir edir.

Yuxunun keyfiyyəti nə qədər aşağı və müddəti nə qədər qısa olarsa, insan həyatının keyfiyyətinin və sağlamlığının da mənfi dəyişikliklərə məruz qalması ehtimalı bir o qədər yüksəkdir. 

Yuxusuzluq və onun qan təzyiqinə təsiri

Düzdür ki, hər bir insanın bədəni həyat şəraitinə, cinsinə, yaşına və sair amillərə görə fərqli yuxu saatına ehtiyacı var, amma ümumilikdə belə bir fikir var ki 8 saatlıq gecə yuxusu sağlam və gümrah bədən üçün lazımdır.

Bilməlisiniz ki, yuxusuzluq, az yatmaq və yaxud yuxu pozulmaları birbaşa qan təzyiqinə təsir göstərir. 8 saatdadn az gecə yuxusu sistolik qan təzyiqini 132 dərəcəyədək qaldıra bilər, halbu ki, optimal dərəcəsi 120 və ya ondan aşağıdır.

Yuxusuzluq və onun mədəaltı vəzə təsiri

Yuxusuzluq və kifayət qədər istirahət etməmək qlükozanın çevrilmə gücünə kifayət qədər təsiri var. Bu da qanda şəkərin miqdarının artmasına səbəb olur.

Təəssüflər olsun ki, ikinci dərəcəli şəkər xəstəliyinə yoluxma təhlükəsi və artıq çəki də belə olan təqdirdə çoxalmağa başlayır.

Yuxusuzluq və onun iştaha təsiri

Yuxu müddətinin azalması bədən kütləsinin indeksinin artması ilə əlaqəlidir. Əslində, yuxusuzluq Leptin hormonunun (iştaha nəzarət edən hormon) miqdarının azalmasını və qrelin hormonunun (iştahı artıran hormon) çoxalmasını təmin edir.

Yəqin ki, siz də bu halla rastlaşmısınız ki, bir və ya bir neçə gecə yuxusuzluqdan sonra sizdə soyuqdəymə yaranır. Bu, yuxu pozulmasının bədənin immun sisteminin zəifləməsinə təsiridir.

Buna görə də, yuxusuzluq insanda həddindən artıq kökəlmə təhlükəsini artırır, çünki karbohidratların və daha çox kalori qəbulu istəyini çoxaldır və qida rejiminin pozulmasını şərtləndirir.

Yuxusuzluq və kalori yandırmaq

Çətinliklə yuxuya gedən və yuxusuz insanlar adətən fiziki cəhətdən də hərəkətsiz olurlar. Bu da enerji yandırmaq gücünün azalmasına səbəb olur və yığılan kalorilər piy şəklində artır.

Fiziki fəaliyyətin azalması, iştah artması və qeyri-sağlam qidalara istək yuxusuzluğun təsirlərindəndir, bu isə sürətlə kökəlmə və artıq çəkiylə nəticələnir.

Yuxusuzluq və onun beyinə təsiri

Beyin- yuxusuzluqdan ən çox təsirlənən orqanlardan biridir. Bu təsir beyində çox tez baş verir və gecəni yaxşı yatmayan hər bir insan öz fəaliyyətləri üzərində çətinliklə fikrini cəmləyə bilər.

Bundan əlavə, uzun müddətə beynin gücü trombositləri formalaşdıran zülalları təmizləməkdə azalır və bu, gec-tez demensiya və ya alzheimer xəstəliyinə gətirib çıxarır.

Yuxusuzluq və onun bədənin immun sisteminə təsiri

Yuxu pozulmasından irəli gələn fiziki yorğunluq anticisim çatışmazlığına səbəb olur və virus xəstəliklərinə yoluxma təhlükəsini artırır. Yəqin siz də bu halla rastlaşıbsınız ki, bir və ya bir neçə gecə yuxusuzluqdan sonra sizdə soyuqdəymə yaranır. Bu, yuxu pozulmasının bədənin immun sisteminin zəifləməsinə təsiridir. Kifayət qədər istirahət etmək üçün bədənin əsgərləri keyfiyyətli və kifayət qədər yuxuya ehtiyacı var.

Yuxu pozulması və onun stressə təsiri

Yuxusuzluğun psixoloji təsirləri sürətlə özünü biruzə verir. Yuxu pozulmasından sonra siz daha çox stress, qıcıqlanma yaxud depressiya kimi problemlərlə üzləşirsiniz.

Təəssüflər olsun ki, yuxusuzluq stress və kortizol hormonunun miqdarının kəskin artmasına səbəb olur.

Yuxusuzluq və onun ağrı hissinə təsiri

Mütəxəssislərin fikrincə, gecə 8 saatdan az yatmaq əzələ ağrıları və gündəlik baş ağrılarının yaranma riskini artırır.

Yuxusuzluq və onun dərinin erkən yaşlanmasına təsiri

Yuxusuzluq, siqaret çəkmək və günəş nurunun zərərləri dərinin ən böyük düşmənləri hesab olunur. Yuxu zamanı, bədən fürsətdən istifadə edərək dərinin elastikliyini tənzimləyən hormon miqdarını artırır. Nəticədə, dəridə vaxtsız qırışların yaranmasının qarşısının alınmasında böyük rol oynayır.

Bununla yanaşı, yuxu hüceyrələrin bərpasını təmin edir və dəri toxumaları üzərində sərbəst radikalların təsirini azaldır. Buna görə də, dərinizin gənc və gümrah qalmasını istəyirsinizsə, gecələr erkən yatın və kifayət qədər yuxu alın.

Yuxusuzluq və onun əzələlərə təsiri

Əgər gecə boyu kifayət qədər yuxu yatmayıbsınızsa, gün ərzində əzələlərinizi gücləndirmək üçün bir neçə saat vaxt sərf etməniz faydasızdır, çünki bədən gecə boyu bədənin əsas funksiyalarını tənzimləyən hormonlar buraxır. Artım hormonu da bu hormonlara daxildir.

Yuxu pozulmalarından əziyyət çəkən insanlar çətinliklə güclü əzələlərə sahib olur və kifayət qədər yuxu yatan insanlardan daha çox fiziki yorğunluq hissi keçirirlər. Tebyan /

 

Google+ WhatsApp ok.ru