Gecikmiş şam yeməyi mifi dağıldı 18 Mart 2019 08:20 Sağlamlıq Mütəxəssislər həmişə insanları xəbərdar edirdilər ki, yatmağa iki saat qalmış yemək yeməyin, çünki bu, orqanizmə zərər verir, xüsusilə qanda şəkərin yüksəlməsinə səbəb olur. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, yapon alimləri bu iddianı təkzib ediblər. Yapon alimlərinin araşdırmasında 1573 nəfər iştirak edib. Onlar uzun müddət saat neçədə yediklərini, çəki və boyları haqqında məlumat veriblər. Hətta mütəmadi olaraq qan analizindən də keçiblər. Araşdırma zamanı yatmazdan 2 saat öncə yemək qaydasına 16 faiz kişi, 8 faiz qadın riayət etməyib. Nəticə isə maraqlı olub. Belə ki, həm qayda pozanlar, həm də yatmazdan iki saat əvvəl qidalananların qanında şəkərin miqdarı eyni çıxıb. Buna baxmayaraq, vaxtında yeməməyin fəsadsız olduğunu da söyləmək olmaz. Belə ki, qaydanı pozanlardan fərqli olaraq, pozmayanların çəkisi və qan təzyiqi normal olub. Amma alimlər bildiriblər ki, sağlam həyat tərzində “sonuncu qida” vaxtı insanın özünü pis hiss etməsinə səbəb olmur. Teqlər : #Gecikmiş,#şam,#yeməyi,#mifi,#dağıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya Səhiyyə Təşkilatı qriplə mübarizədə yeni strategiya hazırlayıb 2045-ci ilədək vərəmin kökünü kəsmək ‘olar’
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir