General Akif Çovdarova quldurluq ittihamı ilə bəraət verilib

General Akif Çovdarova quldurluq ittihamı ilə bəraət verilib

-- Akif Çovdarova 12 il həbs cəzası kəsilsə də, bir neçə maddə ilə ona bəraət verilib

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarova 12 il həbs cəzası kəsilsə də, bir neçə maddə ilə ona bəraət verilib.
 
Çovdarov və onun tabeliyində işləmiş MTN polkovniki Səlim Məmmədov, mayor Akif Əliyev və Orxan Osmanov qanunsuz azadlıqdan məhrumetmə, rüşvət alma, mənimsəmə və s. ittihamlarla yanaşı, CM-nin 181-ci (quldurluq) maddəsinin bir neçə bəndi ilə də suçlanırdı. Amma MTN-çilər haqqında hökmdə CM-nin 181.3.1 (mütəşəkkil dəstə tərəfindən quldurluq) və 181.3.2-ci (quldurluq- külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq) maddələri çıxarılıb. Bakı Hərbi Məhkəməsinin hakimləri belə nəticəyə gəlib ki, Çovdarov və işçilərinə qarşı quldurluq ittihamı sübuta yetirilməyib.
 
Məhkəmənin oktyabrın 30-da elan etdiyi hökmlə A.Çovdarova 12 il, S.Məmmədova 11 il, A.Əliyevə 5 il, O.Osmanova isə 4 il həbs cəzası verilib. Həmçinin, onların hərbi rütbələrdən məhrum edilməsi üçün prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdimat göndərilməsi haqda xüsusi qərar çıxarılıb.
 
A.Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.
 
2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru