General: `Bu il Suriya müharibəsinin taleyi müəyyən olunacaq`

General: `Bu il Suriya müharibəsinin taleyi müəyyən olunacaq`

Bu il Suriya müharibəsinin dönüş nöqtəsidir və Suriyanın taleyi müəyyən olunacaq. Amma bilməliyik ki, bizim imperializmə qarşı mübarizəmiz davam edəcək. Bunu İran İslam İnqilabı Keşikçiləri (SEPAH) Qüds ordusu baş komandanının müavini general İsmayıl Ğəni deyib.
 
Maide.Az xəbər verir ki, İ.Ğəni deyib ki, Amerikalılar 11 Sentyabrdan sonra üç böyük savaşa daxil olub və hər üç müharibədə də məğlub olublar. “Onlar Əfqanıstan və daha sonra İraqa hücum etdilər və nəhayət, İraqdan açıq və Əfqanıstandan gizlicə qaçmaq məcburiyyətində qaldılar. Amerikalıların öz etiraflarına görə, bu müharibədə 3 min milyard dollar xərcləyiblər. 5 min əsgərləri isə öldürülüb.”
 
General İsmayıl Ğəni  sözlərinin davamında qeyd edib ki, ABŞ-ın 3-cü məğlubiyyəti müqavimət cəbhəsi qarşısında olacaq. “İslami oyanış amerikalıların regiondakı infrastrukturlarını məhv edib. Onlar bu oyanışın qarşısını almağa çalışsalar da bu oyanış hələ də bitməyib. İsrail rejiminin müqavimət cəbhəsinə qarşı olan bütün müharibələri Amerikanın dəstəyi ilə olub. Amma hamısında İsrail məğlub olub.”
 
O əlavə edib ki,  İsrail əsgərləri Qəzza müharibəsindən sonra biz sanki, ruhlarla döyüşürdük deyirdilər. Amma bunu bilməlidirlər ki onlar ruhlarla deyil, İslam müqavimət mədəniyyətini mənimsəmiş adamlarla qarşı-qarşıya idilər. “Amerika bu döyüşlərdə məğlub olduqdan sonra terrorçuları Suriyanın canına salıb. Ötən həftə 10 min yeni terrorçu Hələbə daxil olub və Suriya ordusuna qarşı vuruş. Terrorçular tərəfindən keçən həftə 30 kamikadze hücumu təşkil olunub.”
 

 

Google+ WhatsApp ok.ru