General Qasim Süleymaninin şəhadəti münasibətilə İranda 3 gün matəm elan olunub -YENİLƏNİB2

General Qasim Süleymaninin şəhadəti münasibətilə İranda 3 gün matəm elan olunub -YENİLƏNİB2

İranda 3 gün matəm elan olunub
 
Maide.Az “iribnews”a istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei general Qasim Süleymaninin şəhadəti münasibətilə İranda 3 gün matəm elan edib. 
 
***
 
ABŞ artıq qırmızı xətti keçdi və bunun nəticələri ilə üzləşməli olacaq. Bunu İran prezidentinin sözcüsü Haşumuddin Aşena belə bir bəyanatla çıxış edib.
 
Müşavir qeyd edib ki, ABŞ prezidenti Donalt Tramp Amerikanı çox ağır regional vəziyyətə sürüklədi.
 
***
İranın Ali Milli Təhlükəsizlik Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar təcili iclas keçirəcək.
 
Bunu Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosvari deyib.
 
***
"İnna lillah və inna ileyhi raciun"
 
ABŞ ordusuna məxsus hərbi təyyarə İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığında Həşd Şəbiyə məxsus iki avtomobilə havadan zərbələr endirib.
 
Maide.Az "təsnimnews“a istinadla xəbər verir ki, hücum nəticəsində Həşd Şəbinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və maşında olan digər 8 şəxs həyatlarını itiriblər.
 
Məlumatda bildirilir ki, hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunuun (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani də şəhid olub.
 
İslam İnqilabı Keşikçilər Korpusu bəyanat yayaraq general Qasim Süleymaninin bir ömür cihad etdikdən sonra ABŞ qüvvələrinin terroru nəticəsində şəhid olduğunu təsdiqləyib. 
 
Öz növbəsində ABŞ Bağdadda İranla əlaqəli iki hədəfə zərbə endirildiyini təsdiq edib. Bu barədə “Reuters” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
 
Bəzi KİV-lərin məlumatına görə, Pentaqon ABŞ prezidenti Donald Trampın bir başa göstərişi ilə İran İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymanini terror etdiyini açıqlayıb.
 
Allah rəhmət eləsin!

Google+ WhatsApp ok.ru