General Süleymani: “Qarşıdakı günlərdə Suriyada edəcəklərimiz bütün dünyanı təəccübləndirəcək”

“Bütün dünya bizim və Suriya ordusunun başçılığı ilə hazırladığı şeyə çox təəccüblənəcək”.
 
Maide.az xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandiri, general Qasım Süleymani söyləyib.
 

Suriyada döyüş strategiyası dəyişir. Suriya dövlətinin taktika və üsul dəyişikliyinə gedəcəyi və 'Könüllü Xalq Dəstələrindən'- Hizbullahdan geniş istifadə edəcəyi, eyni zamanda artıq yeni strategiyanın müdafiə deyil, hücum olacağı qeyd edilib.

Məlumatımıza görə, General Qasım Süleymani Suriyaya səfər edib. Səfər çərçivəsində Suriya Ordusu ilə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib. Belə ki, ehtiyac duyulduğu halda Suriyaya daha çox “Könüllü Xalq Dəstələrinin”- Hİzbullahın göndərilməsinə hazır olunduğu qeyd edilib.

Aparılan danışıqlarda Ordu və Xalq Qüvvələrinin yeni bir strategiya seçmələri qərar olunub. Bağlanan müqaviləyə əsasən, Şiələrin artıq Müdafiə xarakterli döyüşdən çıxıb, hücum motivli döyüşlərə keçməsi qərara alınıb.

Artıq Suriyadakı döyüş yeni mərhələyə keçib. İraq, Suriya və Livandan 'Könüllü Xalq Birlikləri'- Hizbullahçıları Şama doğru hərəkət edir və "Müqavimət Hərəkatı" da irəlidə terroristlərə qarşı yeni əməliyyatların aparılacağını vurğulayıb./

Google+ WhatsApp ok.ru